\
25 Sentyabr 2024 - Çərşənbə

Bir həftə ərzində Ukraynanı bir milyona yaxın qaçqın tərk edib - BMT

Bir həftə ərzində Ukraynanı bir milyona yaxın qaçqın tərk edib - BMT
1536baxış

Ukraynada hərbi əməliyyatların davam etdiyi bir həftə ərzində ölkəni bir milyona yaxın qaçqın tərk edib.

Trend-in məlumatına görə, bunu BMT-nin qaçqınların işi üzrə ali komissarı Filippo Qrandi öz "Twitter" səhifəsində yazıb.

"Cəmi yeddi gün ərzində biz Ukraynadan bir milyon qaçqının qonşu ölkələrə keçməsinin şahidi olmuşuq. Ukrayna daxilindəki digər milyonlarla şəxsə yardım göstərilməsi üçün isə topların susmasının vaxtıdır", - BMT nümayəndəsi yazıb.