\
25 Sentyabr 2024 - Çərşənbə

Çerniqovda binalar raket atəşinə tutulub - FOTOLAR+VİDEO

Çerniqovda binalar raket atəşinə tutulub - FOTOLAR+VİDEO
1387baxış
Ukraynada daha bir neçə yaşayış binası atəşə tutulub. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
- Rus qoşunları Çerniqovun mərkəzində yaşayış binalarına hücum edib. Bu barədə Çerniqov rəsmisi Vyaçeslav Çaus məlumat verib.

Onun sözlərinə görə, cümə axşamı, martın 3-ü səhər saatlarında rus qoşunları şəhərin mərkəzindəki çoxmərtəbəli yaşayış məntəqəsinə raket zərbəsi endirib. Çaus deyir ki, "Bir çox yaşayış binalarına ziyan dəyib, pəncərələr sınıb, divarlar, damlar, eyvanlar zədələnib. Bəzi yerlərdə divarlar və tavanlar tamamilə dağılıb".

Xilasedicilər hadisə yerində işləyirlər. Həlak olanlar və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir. Çaus yaxınlıqda heç bir hərbi obyektin olmadığını da vurğulayıb.

- Yaxınlıqda xəstəxanalar, bir neçə məktəb və uşaq bağçası, onlarla hündürmərtəbəli bina var.

Xatırladaq ki, bundan öncə Kiyev və Xarkov da aktiv raket atəşinə tutulmuşdu.