\
29 Noyabr 2024 - Cümə

627 müəllim güzəştli ipoteka alıb

627 müəllim güzəştli ipoteka alıb
1365baxış
2021-2021-ci ildə ümumilikdə 627 müəllim güzəştli ipoteka əldə etmək hüququndan yararlanıb.
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, 2020-ci ildə 197, 2021-ci ildə isə 430 müəllim güzəştli şərtlərlə ipoteka krediti alıb.

Qeyd edək ki, Gənc ailə üzvü olan və azı 3 il məktəbdə müəllim işləyənlər, həmçinin gənc ailə kateqoriyasına daxil olmayan və 15 il dövlət ümumtəhsil müəssisəsində işləyən şəxslər güzəştli şərtlərlə ipoteka krediti əldə edə bilərlər.