\
25 Sentyabr 2024 - Çərşənbə

Zelenski jurnalistlərlə üzbəüz əyləşib səmimi söhbət etdi

Zelenski jurnalistlərlə üzbəüz əyləşib səmimi söhbət etdi
1368baxış

Ukrayna prezidenti Volodimir Zelenski martın 3-ü mətbuata açıqlama verib. O, çıxışı zamanı bir neçə yaddaqalan açıqlaması ilə gündəmə gəlib. Bununla yanaşı, Zelenskinin jurnalistlərlə tribuna arxasından deyil, üzbəüz əyləşərək danışması sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Belə ki, mətbuat konfransı başlamazdan əvvəl Zelenski əyləşəcəyi stulu özü gətirərək jurnalistlərlə üzbəüz əyləşib və onlarla səmimi şəkildə görüşüb.