Haaqa Tribunalının müstəntiqləri Ukraynaya gediblər
1375
Haaqa Beynəlxalq Tribunalının bir qrup müstəntiqi mümkün müharibə cinayətlərində ittiham olunan Rusiyaya qarşı beynəlxalq məhkəmə iddiasını araşdırmaq üçün Ukraynaya gedib. Bu barədə BBC məlumat yayıb.
Jurnalistlərin suallarını cavablandıran Haaqa Tribunalının baş prokuroru Kərim Xan Rusiya tərəfinin hərəkətlərinin Haaqa Beynəlxalq Tribunalının yurisdiksiyasına aid olduğunu açıqlayıb.
“Mülki əhalini və mülki obyektləri birbaşa hədəfə alan istənilən tərəf Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi və beynəlxalq humanitar hüquqla müəyyən edilmiş cinayət törədir”, - Xan deyib.
BMT Beynəlxalq Məhkəməsi Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı martın 7-də və 8-də dinləmələr keçirəcək.