\
29 Noyabr 2024 - Cümə

SON DƏQİQƏ! Bakıda əxlaqsızlıq yuvasını POLİS BASDI: Saxlanılan var

SON DƏQİQƏ! Bakıda əxlaqsızlıq yuvasını POLİS BASDI: Saxlanılan var
1402baxış

Bakıda polis fahişəliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Son vaxtlar sosial şəbəkələrdə və xəbər saytlarında Bakının Sabunçu rayonunda Sabunçu Dəmiryol vağzalının yanında yerləşən kafedə əxlaqsızlıq yuvası təşkil etməsinə dair məlumatlar yayılıb. Yayılan məlumatlarla əlaqədar ötən gecə polis adı çəkilən ünvanda əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Sabunçu qəsəbəsi ərazisində yerləşən kafelərin birində əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edilib. Əxlaqsızlıq yuvasını təşkil etməkdə şübhəli bilinən kafenin icarədarı, Balakən rayon sakini, əvvəllər də fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə məhkum olunmuş Sona Cumayeva saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi başlayıb. İstintaq hərəkətləri davam etdirilir. (Lent.az)