\
25 Sentyabr 2024 - Çərşənbə

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
1350baxış

Martın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 
Milli Hidrometeorologiya Xidmətindən Mediapress.az-a verilən məlumata əsasən, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
 
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.
 
Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.
 
Azərbaycanın rayonlarında isə şimal və qərb rayonlarından başlayaraq, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
 
Martın 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.