Xarkovdakı Albaniyanın fəxri konsulluğu raket hücumu nəticəsində dağıdılıb
1366
Bazar günü axşam Rusiya raketləri Albaniyanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunu dağıdıb. Bu barədə xarici KİV-lər yazır.
Qeyd olunur ki, konsulluq hücumla bağlı məlumat yayıb, əməkdaşlarının təhlükəsiz olduğunu və itkilərin olmadığını təsdiqləyib. Albaniya Xarici İşlər Nazirliyi hücumu pisləyib.
Daha əvvəl, martın 6-da Rusiya qoşunlarının raket atəşi nəticəsində Xarkovdakı Azərbaycan konsulluğunun binasına ziyan dəyib.