Rusiya XİN Lavrovla Kulebanın görüşünü təsdiqləyib
1331
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Antalya Diplomatiya Forumu çərçivəsində nazir Sergey Lavrovla ukraynalı həmkarı Dmitri Kulebanın görüşünü təsdiqləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Kiyev də bunu təsdiqləyib.
Təşəbbüskar tərəfin Türkiyə olduğunu xatırladan Zaxarova bildirib ki, görüş martın 9-da baş tutacaq.