Mariupolda doğum evinə hücum olub, ölən və yaralananlar var
1388
Rusiya hərbçiləri Mariupoldakı doğum evinə artilleriya zərbəsi endiriblər.
Bu barədə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin feysbukda yazıb.
"Ruslar Mariupoldakı 2 saylı doğum evinə artilleriya zərbəsi endiriblər. Şahidlərin sözlərinə görə, doğum evi yerlə-yeksan olub, çoxlu sayda yaralı var. Bir qadın həlak olub", - Abroskin qeyd edib.
Bundan əlavə, Mariupol Şəhər Şurasının mətbuat xidməti rus hərbçilərinin uşaq xəstəxanasına bir neçə bomba atdığını bildirib:
"Dağıntılar böyükdür. Xəsarət alan uşaqlarla bağlı məlumat dəqiqləşdirilir".