\
25 Sentyabr 2024 - Çərşənbə

Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıtda yataqxanada yanğın olub
1305baxış

Sumqayıtda yataqxanada yanğın olub.

Yanğın şəhərin 15-ci məhəlləsində yerləşən yataqxana binasında baş verib. Yanğın binanın beşinci mərtəbəsində mənzillərdən birində başlayıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb, xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.