Çe Gevaranı güllələyən hərbçi ölüb
Çe Gevaranın ələ keçirilməsi əməliyyatına başçılıq etmiş istefada olan general Qeri Prado 80 yaşlı Salasarın ölüm faktını təsdiqləyib. Kuba inqilabının məşhur siması Ernesto Gevaranı gülləyərək öldürən Boliviyanın istefada olan hərbçisi Mario Teran Salasar martın 11-də ölüb.
“Report” TASSa istinadən xəbər verir ki, bu barədə məlumatı yerli “teeSUR” telekanalı yayıb.
Bildirilibki, Mario Teran Salasar bir müddət əvvəl ağciyərindəki xəstəliklə bağlı hospitala yerləşdirilibmiş.
Qeyd edək ki, Boliviya ordusunun istefada olan miçmanı Mario Teran Salasar 1941-ci il aprelin 9-da anadan olub. O, 1967-ci il oktyabrın 9-da çavuş olarkən Çe Gevaranı gülləyərək öldürüb.
1928-ci il iyunun 14-də Argentinanın Rosario şəhərində doğulmuş Çe Gevara Kuba inqilabının liderlərindən biri, Fidel Kastronun yaxın silahdaşı olub.
1967-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini əməkdaşları ilə Boliviya hərbçilərinin birgə əməliyyatı nəticəsində Çe Gevara tutularaq Boliviyada güllələnib. O, Boliviyada bir qrup partizanla ölkədə inqilab hərəkatı təşkil etmək istəyirmiş.
Çenin basdırıldığı uzun illərboyu gizli saxlanılıb. Antropoloqlar 1997-ci ildə Boliviyanın Valeqran yaşayış məntəqəsində onun və döyüş yoldaşlarının meyitlərinin qalıqıları aşkar ediblər. Onun meyitinin qalıqları Boliviyadan Kubaya aparılaraq Santa-Klarada dəfn edilib.