Amnistiya aktı 86 Vətən müharibəsi iştirakçısına şamil edilib - Rəsmi
1320
“Amnistiya aktı tətbiq edilən şəxslərdən 86-sı Vətən müharibəsi iştirakçısı olub”.
Oxu.Az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov bildirib.
Onun sözlərinə görə, iki il ərzində Penitensiar Xidmət yanında xüsusi komissiya tərəfindən 3560 məhkumla bağlı məhkəmələrə müraciət edilib:
“Onlar vaxtından əvvəl cəzadan azad olunublar”.
O qeyd edib ki, Amnistiya aktı ilə 1 200 məhkum pul cərimə cəzasından azad olunub:
“Cərimələrin miqdarı ümumilikdə 1 milyon 500 min manat təşkil edir”.