\
29 Noyabr 2024 - Cümə

Azərbaycanda koronavirus daha 14 nəfəri öldürdü

Azərbaycanda koronavirus daha 14 nəfəri öldürdü
1314baxış

Azərbaycanda bu gün koronavirus infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 14 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunur ki, indiyədək ölkədə ümumilikdə 790 min 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 778 min 543 nəfər müalicə olunaraq sağalıb, 9 min 589 nəfər vəfat edib. 2 min 246 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 161, bu günə qədər isə ümumilikdə 6 milyon 622 min 919 test icra olunub. 

Son sutkada koronavirus (COVID-19) əleyhinə 22 min 315 vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1149, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1796, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18  min 178, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1192 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 224 min 872, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 312 min 204, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 800 min 732, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 milyon 894 min 880, pozitiv nəticədən sonra buster doza olunanların sayı 217 min 56 təşkil edir.