Ukraynanın Mariupol şəhərində doğum evi və uşaq xəstəxanasının bombalaması zamanı çəkilən fotosu ilə gündəm olan qadın vəfat edib.
Bakupost.az xəbər verir ki, “Amerikanın səsi”nin jurnalisti Asya Dolinanın sözlərinə görə, zərbə zamanı yaralanan həmin qadın və bətnindəki körpə həlak olub.
Xatırladaq ki, martın 9-u Ukraynanın Mariupol şəhərində doğum evi və uşaq xəstəxanasının Rusiya tərəfindən avizərbəyə məruz qalması nəticəsində 17 nəfər yaralanıb.