Ukrayna-Rusiya danışıqlarının 4-cü raundu başlayıb
1617
Ukrayna və Rusiya arasında danışıqların 4-cü raundu başlayıb.
Ofis rəhbərinin müşaviri Mixail Podolyak tviterdə yazıb.
"Danışıqlar. 4-cü tur. Sülh, atəşkəs, qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları haqqında. Çətin müzakirədir. Rusiya təcavüzkar hərəkətlərinin mənasızlığını dərk etsə də, hələ də Ukraynanın dinc şəhərlərinə qarşı zorakılığın 19 gün davam etməsinin düzgün strategiya olduğuna dair bir illüziyası var", - o bildirib.