\
25 Sentyabr 2024 - Çərşənbə

Kremldən “Birinci kanal”ın efirindəki hadisə ilə bağlı açıqlama

Kremldən “Birinci kanal”ın efirindəki hadisə ilə bağlı açıqlama
1311baxış

Kreml Rusiyanın “Birinci kanal”ının əsas xəbər buraxılışındakı insidentə münasibət bildirib.

 
Kremlin mətbuat katibi Dmitri Peskov sözügedən hadisəni xuliqanlıq adlandırıb.
 
"Bu, xuliqanlıqdır. İnsidentlə bağlı kanal və müvafiq təşkilatlar tərəfindən araşdırma aparılır”, - deyə Peskov əlavə edib.
 
 
Rusiyanın “Birinci kanal”ında şok olay - Canlı efirində Putinə etiraz - VİDEO

 

 
Qeyd edək ki, ötən gün Rusiyanın “Birinci kanal”ının canlı efirində Ukraynadakı müharibəyə etiraz edilib. Belə ki, telekanalın əməkdaşı Marina Ovsyannikova xəbərlər proqramı gedən anda əlində plakat tutaraq studiyaya daxil olub. O, üstündə “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” yazılan plakatla efirdə bir neçə saniyə görünüb.
 
 
Hadisədən sonra kanalın redaktoru olduğu bildirilən Marina saxlanılıb.