\
25 Sentyabr 2024 - Çərşənbə

KİV: “Çavuşoğlu Moskavaya səfər edəcək” REGİON

KİV: “Çavuşoğlu Moskavaya səfər edəcək” REGİON
1309baxış

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Türkiyənin XİN başçısının rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyi gözlənilir.

Xatırladaq ki, ötən gün tərəflər arasında telefon danışığı olub. Onlar sonuncu dəfə martın 10-da Türkiyənin Antalya şəhərində üçtərəfli formatda görüşüblər.