\
29 Noyabr 2024 - Cümə

Çavuşoğlu Rusiyaya gedib

Çavuşoğlu Rusiyaya gedib
1321baxış

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edib. Bu barədə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri twitter hesabında bildirib.

"Antalya forumundan sonra Ukrayna böhranını həll etmək üçün diplomatik fəaliyyətimizi davam etdirmək məqsədilə Moskvadayıq", - Çavuşoğlu sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bu gün Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında görüş olacaq. Tərəflər Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın gedişatını müzakirə edəcəklər. Nazirlər Ukrayna daxili böhranın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparacaqlar.