\
29 Noyabr 2024 - Cümə

Canlı yayımda "Müharibəyə yox" deyən qadın jurnalist 14 saat dindirilib

Canlı yayımda "Müharibəyə yox" deyən qadın jurnalist 14 saat dindirilib
1341baxış

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Vremya” verilişinin canlı efiri zamanı kameralar qarşısında əlində “Müharibəyə yox” sözləri yazılmış plakat açan redaktor Marina Ovsyannikova məhkəmədən sonra ilk dəfə danışıb. O, 14 saat dindirildiyini deyib:

“Mən hər kəsə dəstək üçün təşəkkür etmək istəyirəm. Bu, həqiqətən, mənim həyatımda çox çətin günlərdir. Mən iki sutka yuxusuz qaldım. Dindirilmə 14 saatdan çox davam etdi. Qohumlarım və yaxınlarımla əlaqə saxlamağa icazə vermirdilər, mənə heç bir hüquqi yardım göstərmirdilər”.

Qeyd edək ki, məhkəmə redaktoru 30 min rubl (303 AZN) məbləğində cərimə edib. (“Delfi.lv”)