İlaxır çərşənbədə tonqaldan tullanan 9 nəfər yanıq xəsarəti alıb
1352
Martın 15-i, İlaxır çərşənbədə 9 nəfər tonqalda yanma ilə bağlı Respublika Yanıq Mərkəzinə müraciət edib.
Həmin şəxslər yüngül xəsarət aldıqlarına görə ilk yardım göstərilib və evə buraxılıb.
Bundan başqa, həmin gün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çərşənbə tonqalın üzərindən tullanan zaman yanıq xəsarətləri alan 3 nəfər müraciət edib. Onlar müxtəlif yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə aparıblar.(report)