\
25 Sentyabr 2024 - Çərşənbə

Azərbaycanda sutka üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda sutka üzrə koronavirusa yoluxanların sayı açıqlanıb
1302baxış

Azərbaycanda koronavirus infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 077 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 779 987 nəfər müalicə olunaraq sağalıb, 9 633 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 1457 nəfərdir.

Ölkədə son sutka ərzində 5 337, hazırkı dövrədək isə 6 646 110 test aparılıb.

Ötən gün koronavirus əleyhinə 17 574 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 868, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1729, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14 072, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 905 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 303 938, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 316 267, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 807 323, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 959 219, pozitiv nəticədən sonra buster doza olunanların sayı 221 129 təşkil edir.