\
29 Noyabr 2024 - Cümə

MSK bu gün toplaşır: Şahin Seyidzadənin ərizəsinə baxılacaq

MSK bu gün toplaşır: Şahin Seyidzadənin ərizəsinə baxılacaq
1336baxış

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

 
İclasda Şahin Seyidzadənin deputat mandatından imtina barədə ərizəsinə baxılacaq.
 
 
Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qo goruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

 
 
Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.
 
 
Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, MSK-ya ərizə (rəsmi məlumat) daxil olduqda, MSK ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir.
 
 
Qərarın MSK tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.