\
25 Sentyabr 2024 - Çərşənbə

"Azərişıq" Xırdalandakı qəza ilə bağlı açıqlama yayıb

"Azərişıq" Xırdalandakı qəza ilə bağlı açıqlama yayıb
1358baxış

"Azərişıq" ASC bu gün Abşeron rayonunun Xırdalan şəhərində baş vermiş qəza ilə bağlı açıqlama yayıb.

Mediapress.az-ın məlumatına görə, açıqlamada deyilir ki, bu gün günorta saatlarında Xırdalan yarımstansiyasında qısaqapanma nəticəsində qəza baş verib və qəza nəticəsində ərazidə elektrik enerjisi təchizatında problem yaranıb.

Hadisədən dərhal sonra əraziyə qəza xidməti cəlb edilib və qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb. Bu müddət ərzində isə alternativ xətlə abunəçilərin elektrik enerjisi təchizatı bərpa edilib.