\
29 Noyabr 2024 - Cümə

Tanınmış iş adamının oğlu saxlanıldı

Tanınmış iş adamının oğlu saxlanıldı
1369baxış

ANT Şirkətlər Qrupunun Prezidenti Azad İbrahimovun oğlu saxlanılıb.

 
Mediapress.az Unikal.org-a istinadən xəbər verir ki, bir neçə gün öncə İsrail vətəndaşı Emin adlı şəxsin şikayəti əsasında Nərimanov rayon Məhkəməsinin qərarı ilə Samir İbrahimov həbs edilib.
 
Azad İbrahimov açıqlamasında bildirib ki, oğlu barəsində şikayət olunduğu üçün həbs edilib.
Onun sözlərinə görə, artıq şikayətçi ilə oğlu arasında anlaşma olduğu üçün Samir İbrahimov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
 
İş adamı mövzu ilə bağlı başqa bir açıqlama vermək istəməyib.