DİN-nin sözçüsü gənclərlə maarifləndirici fikir mübadiləsi aparılıb - Fotolar
1508
7 martda "Davam" Gənclər Hərəkatının mərkəzi ofisində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev ilə davamçı gənclər arasında “Narkotik vasitələrə qarşı mübarizə” mövzusunda görüş baş tutub.
Mediapress.az xəbər verir ki, görüş zamanı Elşad Hacıyev dövrün aktual problemi olan narkomaniyaya qarşı aparılan maarifləndirmə və profilaktik mübarizə tədbirlərindən bəhs edib, o cümlədən “ağ ölüm”ün fəsadları, "Hüquq qaydasının təmin olunmasında vətəndaşın vəzifələri" və digər elmi-hüquqi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bununla yanaşı, görüş iştirakçılarına hüquqazidd əməllərlə bağlı polis tərəfindən görülən tədbirlər, ictimai qayda və təhlükəsizliyin qorunmasında vətəndaş məsuliyyətinin əhəmiyyəti ilə bağlı faktoloji məlumatlar verilib.
Diskussiya formatında davam edən söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb. Sonda xatirə fotosu çəkilib.