\
25 Sentyabr 2024 - Çərşənbə

Kürdəmirdə 20 yaşlı gənci qatar vuraraq öldürüb

Kürdəmirdə 20 yaşlı gənci qatar vuraraq öldürüb
1393baxış

Kürdəmirdə 20 yaşlı gənci qatar vuraraq öldürüb. Hadisə rayonun Karrar kəndindən keçən dəmir yolunda qeydə alınıb.

Kənd sakini Quliyev Elgün Bünyəd oğlunu qatar vurub. Ağır bədən xəsarətləri alan E.Quliyev yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırma aparılır.