\
25 Sentyabr 2024 - Çərşənbə

Rusiya ordusunun podpolkovniki əsir alındı

Rusiya ordusunun podpolkovniki əsir alındı
1324baxış

Ukrayna Silahlı Qüvvələrinin 128-ci əlahiddə dağ-hücum briqadasının hərbçiləri Rusiya ordusunun polkovnik-leytenantını əsir götürüblər. Bu barədə Ukrayna Müdafiə Nazirliyi "Telegram"da məlumat yayıb.

 

Bildirilib ki, əsir götürülən zabit Rusiya ordusunun 47084 saylı hərbi hissəsinin informasiya-psixoloji əks-tədbir qrupunun rəhbəridir. Əsir götürülən polkovnik-leytenant Aleksandr Oleqoviç Koşelin fotosu internetdə də tirajlanıb.