\
29 Noyabr 2024 - Cümə

Azərbaycanda daha 34 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

Azərbaycanda daha 34 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
1328baxış

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mediapress.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 202 nəfər müalicə olunaraq sağalıb, 9 666 nəfər vəfat edib. 677 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 741, bu günə qədər isə ümumilikdə 6 671 287 test icra olunub.