\
25 Sentyabr 2024 - Çərşənbə

Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
1327baxış

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 92 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 4, ikinci doza vaksinlərin sayı 20 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 67-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 368 581, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 319 393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 814 504. Üçüncü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 010 364, pozitiv nəticədən sonra buster doza olunanların sayı 224 320 təşkil edir.