"Azərbaycan təyyarələrimizi həbs etməyib" - Rusiya Nəqliyyat Nazirliyi
1359
"Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib". Bu barədə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub: “Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycandan olan həmkarlarımızdan üzr istəyirik”, - deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib. (APA)