\
25 Sentyabr 2024 - Çərşənbə

Oğuzda güclü külək fəsadlar yaradıb

Oğuzda güclü külək fəsadlar yaradıb
1331baxış

Güclü külək Oğuz rayonunda bir sıra fəsadlar yaradıb.

Ötən gün axşam saatlarından etibarən Şimal-qərb bölgəsində davam edən güclü külək rayonun ən böyük kəndi olan Xaçmaz kəndində iri gövdəli ağacları kökündən qopararaq qaz xətlərinin üzərinə aşırıb.

Güclü külək elektrik dirəklərini də aşırıb və elektrik xətləri yararsız hala salıb.

Nəticədə 10 000-ə yaxın əhalisi olan Xaçmaz kəndinə elektrik enerjisinin və təbii qazın verilişi dayandırılıb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır.

Qeyd edək ki, bölgədə küləkli hava davam edir.