\
25 Sentyabr 2024 - Çərşənbə

Ağstafada mikroavtobusla yük maşını toqquşub, ölən və yaralananlar var

Ağstafada mikroavtobusla yük maşını toqquşub, ölən və yaralananlar var
1359baxış

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.

Hadisə yerinə Təcili Tibbi Yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.