\
25 Sentyabr 2024 - Çərşənbə

Bakıda yük avtomobilini yandırdılar - İş adamları arasında qarşıdurma - VİDEO

Bakıda yük avtomobilini yandırdılar - İş adamları arasında qarşıdurma - VİDEO
1421baxış

Bakıda qisas məqsədi ilə yük avtomobili yandırılıb.

 
Mediapress.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 19-u Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində yerləşən "Şır-Şır” restoranının yaxınlığında baş verib.
 
Kameralara əks olunan görüntülərdən məlum olur ki, bir neçə nəfər gecə saatlarında avtomobilə yaxınlaşaraq, əvvəlcə təkərləri partladır, daha sonra isə maşına od vururlar.
 
 
Məlumata görə hadisə iki şərik iş adamı arasında baş verən mübahisədən sonra törədilib. Avtomobil şəriklərdən biri - Samir adlı şəxsin “sifarişi” ilə yandırılıb.
 
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib. Onun sözlərinə görə, baş verən hadisə ilə bağlı iki nəfər şübhəli şəxs qismində saxlanılıb və onlar barəsində cinayət işi qaldırılıb.
 
 
Hadisə barədə ətraflı məlumat verəcəyik.