Naxçıvanda məktəb çökdü: ölənlər və yaralananlar var - Son dəqiqə!
Təhsil Nazirliyi Naxçıvanda orta məktəb binasının çökməsi və nəticədə müəllim və şagirdlər arasında ölənlərin olması ilə bağlı məlumat yayıb.
Mediapress.az xəbər verir, məlumatda deyilir:
"Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.
Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.
Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
***
14:06
Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbdə aparılan inşaat əsnasında məktəb çökməsilə bağlı məlumat yayılıb.
Hadisə nəticəsində bir neçə şəxsin öldüyü qeyd edilir.