\
28 Noyabr 2024 - Cümə axşamı

Azərbaycanda daha 40 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda daha 40 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib
1378baxış

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 019 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 974 nəfər müalicə olunaraq sağalıb, 9697 nəfər vəfat edib, aktiv xəstə sayı 348 nəfərdir.

Ölkədə son sutka ərzində 4297, hazırkı dövrədək isə 6 710 309 test aparılıb.