\
25 Sentyabr 2024 - Çərşənbə

Qazaxıstanda qatar relsdən çıxıb, 6 vaqon çaya düşüb - VİDEO

Qazaxıstanda qatar relsdən çıxıb, 6 vaqon çaya düşüb - VİDEO
1331baxış

Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində filiz daşıyan yük qatarı relsdən çıxıb.

Mediapress.azSputnik.kz” saytına istinadən xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” açıqlama yayıb.

Şahidlərin sözlərinə görə, hadisə zamanı 10-dan çox vaqon relsadən çıxaraq aşıb, daha 6 vaqon isə İrtış çayına düşüb.

Aprelin 3-də Oskemen-Kumıstau dəmir yolu xətində baş verən insident zamanı ümumilikdə 18 vaqon aşıb.

Həmin vaqonlardan ikisinin Rusiya Federasiyasının mülkiyyətində olduğu bildirilir.