Rəşad Nəbiyev Axalkələk stansiyasında görülmüş işlərlə tanış olub
1450
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana işgüzar səfər edib.
Nazirlikdən verilən məlumata görə, o, səfər çərçivəsində Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsi üzrə görülmüş işlərlə tanışlıq məqsədilə Axalkələk stansiyasında olub. İcraçılar layihənin gedişi barədə ətraflı məlumat verib, sonra ərazidə infrastruktur obyektlərinə baxış keçirilib.
Qeyd edək ki, 2017-ci il 30 oktyabr tarixində açılışı olmuş Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə həyata keçirilən yükdaşımaları artan dinamika ilə inkişaf etməkdədir. Bu günədək bu marşrutla 1 mln. tondan çox yük daşınıb.