\
28 Noyabr 2024 - Cümə axşamı

Ərdoğan Finlandiya Prezidenti ilə Ukraynadakı müharibəni müzakirə edib

Ərdoğan Finlandiya Prezidenti ilə Ukraynadakı müharibəni müzakirə edib
1410baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya Prezidenti Sauli Niinistö ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. 

Qeyd olunub ki, tərəflər danışıq zamanı Türkiyə-Finlandiya münasibətləri və regional məsələləri müzakirə edib.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı da fikir mübadiləsi aparıldığı görüşdə prezident Ərdoğan atəşkəs və humanitar dəhlizlərin açılması istiqamətində ölkəsi tərəfindən səylərin davam etdirildiyini həmkarına bildirib.

Bundan əlavə, danışıq zamanı Türkiyə-Finlandiya İqtisadi-Ticarət Komitəsinin ilk iclasının iyun ayında Ankarada keçiriləcəyi də vurğulanıb.