Xəstə ziyarətləri ilə bağlı qadağa davam edir - TƏBİB
1342
Xəstəxanalarda stasionar müalicə alan şəxslərin ailələri tərəfindən ziyarət edilməsi məsələsinə aydınlıq gətirilib.
TƏBİB-in mətbuat katibi Zamirə Adilova APA-nın sorğusuna cavab olaraq bildirib ki, "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, stasionar müalicə alan şəxslərin xəstəxana daxilində ailələri tərəfindən ziyarət edilməsinə icazə verilmir.
O, qeyd edib ki, yoluxma tempində kəskin azalma ilə əlaqədar bir sıra yumşalmalar edilsə də, müalicə alan şəxslərin xüsusi həssas kateqoriyaya aid olduğu nəzərə alınaraq ziyarətlə bağlı qadağa qüvvədə saxlanılmaqdadır.