\
25 Sentyabr 2024 - Çərşənbə

AzTV-nin Baş rejissoru işdən çıxarıldı - Açıqlama

AzTV-nin Baş rejissoru işdən çıxarıldı - Açıqlama
1347baxış
AzTV-nin baş rejissoru Ziya Ağa vəzifəsindən uzaqlaşdırılıb.
 
 
Mediapress.az xəbər verir ki, bu barədə əmri bir müddət əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov imzalayıb.
 
Məsələni AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Bakupost.az -a təsdiqləyib.
 
 
O bildirib ki, baş rejissor öz ərizəsi ilə işdən uzaqlaşdırılıb: “Ziya Ağa iki ay əvvəl işdən azad edilməsilə bağlı ərizə yazıb. Onun yerinə hələlik təyinat yoxdur”.
 
 
Qeyd edək ki, dünən AzTV-nin bədii rəhbəri Ranar Musayev işindən ayrılmasıyla bağlı xəbər yaymışdıq.
 
 
AzTV-dən onun vəzifəsindən kənarlaşdırılmasını əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqələndirmişdilər.