\
25 Sentyabr 2024 - Çərşənbə

“Twitter” Rusiya hökumətinin hesablarını məhdudlaşdırmağa çalışır

“Twitter” Rusiya hökumətinin hesablarını məhdudlaşdırmağa çalışır
1340baxış

“Twitter“ aralarında Rusiya Prezidenti Vladimir Putin olmaqla bu ölkənin 300-dən çox hökumət rəsmilərinin hesabına məhdudiyyyət qoymaq istəyir.

APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Sosial şəbəkə bildirib ki, hesablar artıq saytda qrafiklərdə, bildirişlərdə və ya başqa yerdə tövsiyə olunmayacaq.

Şirkət silahlı münaqişəyə cəlb olunanan istənilən ölkəyə qarşı tədbirlər görəcəyini bildirib.

Hal-hazırda Vladimir Putinin sosial şəbəkədə iki rəsmi hesabı var. Biri rus digəri isə ingilis dilindədir. Səhifələrin müvafiq olaraq 3,6 milyon və 1,7 milyon abonəçisi var.