\
28 Noyabr 2024 - Cümə axşamı

Türkiyə XİN: Buçadakı görüntülər utanc vericidir

Türkiyə XİN: Buçadakı görüntülər utanc vericidir
1616baxış

Kiyev yaxınlığındakı müxtəlif bölgələrdən, o cümlədən Buça və İrpindən mətbuatda əksini tapan görüntülər insanlıq üçün dəhşətli və kədərlidir. Bu barədə Türkiyə XİN rəsmi internet səhifəsində bəyanat paylaşıb.

APA Türkiyə Xarici İşlər Nazirliyinin bəyanətinə istinadən xəbər verir ki, günahsız mülki şəxslərin hədəfə alınması heç vaxt qəbuledilməzdir. Mövzunun müstəqil araşdırmaya məruz qalması, məsuliyyət daşıyanların müəyyən edilməsi və məsuliyyətə cəlb olunması bizim əsas gözləntimizdir. 

Türkiyə insanlıq üçün bu cür utanc verici səhnələrə son qoymaq və ən qısa zamanda sülhün təmin edilməsi üçün çalışmalarına davam edəcək.