\
28 Noyabr 2024 - Cümə axşamı

Prokurorluqdan hərbçilərə zor tətbiq edilməsi ilə bağlı AÇIQLAMA

Prokurorluqdan hərbçilərə zor tətbiq edilməsi ilə bağlı AÇIQLAMA
1352baxış

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Mediapress.az-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - məlumatda qeyd olunub.