\
25 Sentyabr 2024 - Çərşənbə

Ukrayna Rusiyanın 18 minə yaxın hərbçisini itirdiyini açıqlayıb

Ukrayna Rusiyanın 18 minə yaxın hərbçisini itirdiyini açıqlayıb
1326baxış

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 684 tankı, 1861 zirehli döyüş maşını, 332 artilleriya sistemi, 107 reaktiv yaylım atəş sistemi, 55 havadan müdafiə sistemi, 150 hərbi təyyarəsi, 135 helikopteri, 1324 avtomobil texnikası, 7 gəmi/kateri, 76 yanacaq çəni, 96 dronu, 4 OTRK / TRK / mobil SRBM sistemi, 25 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 18 000-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib. (apa)