Britaniya kəşfiyyatı Mariupoldakı son vəziyyəti açıqlayıb
1365
“Mühasirəyə alınmış Mariupol şəhərində şiddətli döyüşlər və Rusiya aviasiyasının zərbələri davam edir”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
“Şəhərdə humanitar vəziyyət getdikcə pisləşir. Yerdə qalan 160 min sakinin əksəriyyətinin işığı, rabitəsi, dərmanı, istiliyi və suyu yoxdur. Rusiya qüvvələri humanitar yardımın qarşısını almaqla, ehtimal ki, müdafiəçilərə təslim olmağa təzyiq göstərirlər”, - nazirlikdən bildirilib.