Bizans dövründən Üsküdarda qalan yeganə abidə - Qız qalası
Bosfor (İstanbul) boğazının Mərmərə dənizinə bağlandığı kiçik bir adada tikilmiş Qız qalası haqqında müxtəlif əfsanələr və rəvayətlər var.
Mediapress.az-ın məlumatına görə, Üsküdar mahalının simvolu halına gələn qala Bizans dövründən Üsküdarda qalan yeganə abidədir. Abidə eramızdan əvvəl 24-cü ilə aiddir və Qara dəniz ilə Mərmərə dənizinin qovşağında inşa edilib.
Qız qalası İstanbulun fəthindən əvvəl də var idi. Ancaq Üsküdarda qalan yeganə Bizans abidəsi Qız qalasıdır. On səkkiz metr hündürlüyündə, beş mərtəbədən ibarət olan Qız qalası bir müddət həbsxana kimi də istifadə olunub. Qalanın yaxınlığındakı hündür mayaklar dörd mil məsafədən görünəcək şəkildə hər üç saniyədən bir işıq saçır.
1719-cu ildə yanğında ciddi zərər görən Qız qalası Nevşehirin baş naziri Damat İbrahim Paşa tərəfindən yenidən inşa edilib. Qız qalası İstanbulun fəthindən əvvəl tikilib. Bundan əlavə, Üsküdar mahalında Bizanslılardan qalan yeganə tikili Qız qalasıdır. Qala Salacakdan təxminən 150 metr aralıda yerləşir.
Qız qalasının tikilmə məqsədi Bosfor boğazının müdafiəsini təmin etmək idi. Daha sonra düşmən gəmilərini müşahidə və gömrük qapısı kimi istifadə edilib.