Rusiya MN: Kiyev İrpendə təxribat hazırlay
1644
Ukrayna Rusiyanı Kiyev vilayətinin İrpen şəhərinin sakinlərinə qarşı kütləvi qırğınlarda ittiham etmək üçün təxribat hazırlayır.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib"Xüsusilə, Ukrayna Təhlükəsizlik Xidməti millətçilər tərəfindən öldürülən rus əsgərlərinin cəsədlərindən Moskvanın günahının “danılmaz sübutu” kimi istifadə etmək niyyətindədir. Bu məlumatın Qərb mediası vasitəsilə yayılması planlaşdırılırıb. Diqqətinizə çatdırıram ki, Rusiya silahlı qüvvələrinin bölmələri bir həftədən çoxdur ki, bu qəsəbəni tərk edib", - deyə Rusiya MN sözçüsü vurğulayıb.