\
25 Sentyabr 2024 - Çərşənbə

Türkiyədə mühacirləri daşıyan mikroavtobus aşıb, 4 nəfər ölüb, 25 nəfər yaralanıb

Türkiyədə mühacirləri daşıyan mikroavtobus aşıb, 4 nəfər ölüb, 25 nəfər yaralanıb
1329baxış

Türkiyənin Bitlis əyalətində qanunsuz mühacirləri daşıyan mikroavtobusun aşması nəticəsində 4 nəfər ölüb, 25 sərnişin yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Hadisə aprelin 11-də səhər saatlarında Bitlisin Adilcevaz rayonunda qeydə alınıb.

Qəzanın səbəbi araşdırılır, yaralılar xəstəxanaya yerləşdirilib.