\
25 Sentyabr 2024 - Çərşənbə

Ağdaşda 16 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ağdaşda 16 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
1373baxış

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 16 yaşlı Ağdaş rayon sakininin ana olması ilə bağlı açıqlama verib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdaş rayon sakini olan 16 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub:

“Məsələ ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır”.